15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Britaniyanın baş naziri postuna iddialıların sayı 5-ə çatdı
Tarix: 25-05-2019 15:49 | Bölmə: Siyasət
Britaniyanın baş naziri postuna iddialıların sayı 5-ə çatdı

Böyük Britaniyanın səhiyyə və sosial müdafiə naziri Mett Henkok Mühafizəkarlar partiyasının və Britaniya hökumətinin lideri postu uğrunda mübarizə aparmaq niyyətini açıqlayıb.

Reyting.az xarici mediaya istinadən verdiyi xəbərə görə, buna qədər daha 4 nəfər baş nazir postuna iddialı olduğunu bildirib.

Bunlar Britaniya Xarixi İşlər Nazirliyinin keçmiş başçısı Boris Conson, beynəlxlaq inkişaf məsələləri üzrə nazir Rori Styuart, keçmiş əmək və pensiya işləri üzrə nazir Ester Makvi və Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hantdır.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey mayın 24-də iyunun 7-də Mühafizəkarlar partiyasının lideri postunu tərk edəcəyini açıqlayıb. Britaniyada mühafizəkarların yeni lideri postuna keçiriləcək seçkilərdə qalib gələn yeni baş nazir olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər