11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Saakaşvili sabah Ukraynaya qayıtmaq niyyətindədir
Tarix: 28-05-2019 19:54 | Bölmə: Siyasət
Saakaşvili sabah Ukraynaya qayıtmaq niyyətindədir

Prezident Vladimir Zelenskinin Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytardıqdan sonra Gürcüstanın keçmiş dövlət başçısı mayın 29-da bu ölkəyə qayıtmaq niyyətində olduğu bildirilir.


Reyting.az Ukrayna mətbuatına istinadən bildirir ki, Saakaşvilinin keçmiş mətbuat katibi Darina Çij özünün Facebook səhifəsində də Odessa vilayətinin sabiq qubernatorunun sabah Ukraynaya qayıtmaq niyyətində olduğunu xəbər verib.

Bu arada Ukraynanın dövlət sərhəd xidmətinin də Saakaşvilinin Kiyevə qayıtmaq niyyəytinə reaksiyası məlum olub.

“Ukrayna vətəndaşlarına bu ölkənin ərazisinə gəlməklə bağlı heç bir məhdudiyyət ola bilməz”, - Dövlət sərhəd xidmətinin mətbuat katibliyinin rəhbəri Andrey Demçenko vurğulayıb.

Xatırladaq ki, Mixail Saakaşvili 2017-ci ilin iyul ayında Ukrayna vətəndaşlığından məhrum olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}