Lukaşenkoya Nazarbayev ordeni verildi
Tarix: 29-05-2019 14:31 | Bölmə: Siyasət
Lukaşenkoya Nazarbayev ordeni verildi

Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın birinci prezidentinin adına olan ordenlə mükafatlandırılıb.

Reyting.az Belarus mediasına istinadla bildirir ki, 2001-ci ildə təsis edilən dövlət mükafatı Lukaşenkoya mayın 28-də Qazaxıstana səfəri zamanı təqdim olunub.

“Qazaxıstan Respublikasının Birinci Prezidenti – Millət Lideri Nursultan Nazarbayev” ordenin Belarus prezidentinə Nursultan Nazarbayev şəxsən tədqim edib.

Məlumatda qeyd edilir ki, Lukaşenko bu mükafata Qazaxıstanla əməkdaşlığın inkişafındakı xidmətlərinə, “Avrasiya inteqrasiya ideyasının 25 illiyinin anma mərasini və Avrasiya iqtisadi ittifaqı üzrə müqavilənin imzalanmasının 5 illiyinə görə” layiq görülüb.

Qazaxıstanın keçmiş prezidenti mükafatın tədimatı zamanı deyib ki, Belarus prezidentinin dəstəyi olmadan ittifaqın özü də olmazdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}