15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Oqtay Əsədov: "Nizam-intizam olmazsa, məhsuldar iş də olmaz"
Tarix: 30-05-2019 12:40 | Bölmə: Siyasət
Oqtay Əsədov: "Nizam-intizam olmazsa, məhsuldar iş də olmaz"

"Deputatların hüquq və səlahiyyətlərinin artırılması, qanunların icrasına nəzarət mexanizmində rolu olması yaxşı olardı. Məsələn, deputatlar məhkəmə-hüquq islahatları prosesinə cəlb edilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

O vurğulayıb ki, bu proses qaneedici deyil: "Prezident İlham Əliyev iqtisadi sahədə islahatlar həyata keçirir. Deputatların bu islahatlara dəstək vermək təmayülü hiss olunmur. Bu barədə düşünmək lazımdır. Milli Məclisdə iclaslarda iştirak etmək vacibdir, amma əsas ağırlığı məhsuldar çalışmağa yönəltmək lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, nizam-intizam olmazsa, məhsuldar iş də olmaz: "Milli Məclisin Daxili Nizamnaməsində də qeyd edilib ki, deputatlar əsasən gündəlik ətrafında çıxış etmək lazımdır. Xahiş edirəm, bu məsələləri "Deputatın statusu haqqında” qanununa dəyişiklik layihəsi müzakirə edilərkən qaldırın”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər