Bağdadda ABŞ-İran sammiti – İraqlı deputatdan sensasiyalı açıqlama
Tarix: 30-05-2019 12:56 | Bölmə: Siyasət
Bağdadda ABŞ-İran sammiti – İraqlı deputatdan sensasiyalı açıqlama

ABŞ və İran səlahiyyətlilərinin Bağdadda görüşü keçiriləcək.

Reyting.az
“Əxbar əl-Əraq”a istinadla xəbər verir ki, bunu İraq parlamentində “Fəth” fraksiyasının üzvü Fazil Fətlavi bildirib. Onun sözlərinə görə, gələcək danışıqlar İran prezidenti Həsən Ruhani və ABŞ-lı vəzifədaşı Donald Tramp arasında birbaşa təmas formasında olmayacaq.

Fətlavi deyib: “Baş nazir Adil Əbdülmehdi görüşün əlaqələndirilməsi üçün tezliklə Tehran və Vaşinqtona səfər edəcək”.

Deputat əlavə edib: “Hazırda İraq, ABŞ-İran gərginliyinin azaldılmasında mühüm rol oynayır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}