15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Oqtay Əsədov nazirə şikayətləndi: "Gərək hər dəfə kartdan pul çıxaraq?"
Tarix: 31-05-2019 13:43 | Bölmə: Siyasət
Oqtay Əsədov nazirə şikayətləndi:  "Gərək hər dəfə kartdan pul çıxaraq?"

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.

O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: "Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq?

Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər