İran Körfəz ölkələri ilə saziş imzalamaq istəyir - Səfir
Tarix: 02-06-2019 00:46 | Bölmə: Siyasət
İran Körfəz ölkələri ilə saziş imzalamaq istəyir

İraqın Tehrandakı səfiri bildirib ki, rəsmi Bağdad İranın mesajlarını Körfəz ölkələrinə çatdırıb.

Reyting.az
“İSNA”ya istinadla xəbər verir ki, mesaj Səudiyyə Ərəbistanı, Birləşmiş Əmirliklər və Bəhreynə aiddir. Söhbət Körfəzin ərəb ölkələri ilə bir-birinə hücum etməmək haqqında sazişdən gedir.

İran Körfəz ölkələri ilə saziş imzalamaq istəyir

İraq səfiri Səid Əbdülvəhhab Cavad Qəndilin sözlərinə görə, Məkkə Sammitində iştirak edən İraq prezidenti Bəhram Salih əslində, bu niyyəti zirvədə açıqlayıb.

Diplomat xatırladıb ki, İraqa səfəri zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu təklifi səsləndirib. Digər iranlı rəsmi – Abbas Əraqçi də Küveyt, Qətər və Omana səfərləri zamanı Körfəz ölkələrinə bu təklifi çatdırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}