Milli Məclisin növbədənkənar sessiyasının plenar iclaslarının sayı artırılıb
Tarix: 03-06-2019 15:07 | Bölmə: Siyasət
Milli Məclisin növbədənkənar sessiyasının plenar iclaslarının sayı artırılıb

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının plenar iclaslarının sayı artırılıb.

Parlamentin növbədənkənar sessiyasında 3 deyil, 4 plenar iclasının keçirilməsi nəzərdə tutulur.

İyunun 13-də də plenar iclasın keçirilməsi planlaşdırılır. Beləliklə, plenar iclaslar iyunun 13-də, 14-də, 28-də və iyulun 12-də keçiriləcək.

Əlavə bir iclasın da keçiriləcəyi istisna deyil.

Xatırladaq ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatıb.

Qeyd edək ki, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Payız sessiyası isə sentyabrın 30-da başlayacaq/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}