15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
ATƏT PA-nın prezidentindən Qarabağ açıqlaması: "Təhlükəsizliyin artması üçün tədbirlər görülməlidir"
Tarix: 03-06-2019 17:54 | Bölmə: Siyasət
ATƏT PA-nın prezidentindən Qarabağ açıqlaması: "Təhlükəsizliyin artması üçün tədbirlər görülməlidir"

"Gürcüstanın işğalının davam etməsi, Dağlıq Qarabağ münaqişəsi, Krımın qanunsuz birləşdirilməsi və Ukraynanın şərqində davam edən münaqişə də daxil olmaqla, Avropa təhlükəsizliyinin arxitekturası üçün çağırışlar transatlantik və ümumi Avropa əməkdaşlığının genişləndirilməsini tələb edir".

Bunu ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Bratislava şəhərində NATO Parlament Assambleyasının iclasında çıxış edərkən deyib.

"Münaqişələrin həlli üçün siyasi iradəni davamlı olaraq gücləndirməyə çalışırıq. Ona görə də bu gün sizi nüfuzunuzdan sülh və insanların həyatlarının normalaşması üçün istifadə etməni davam etdirməyə çağırıram. Gərginliklərin yalnız NATO astanasına qədər olmasına baxmayaraq, gələcəkdə əlavə yan təsirlərin qarşısının alınması və təhlükəsizliyin artması üçün tədbirlər görülməlidir", - ATƏT PA-nın prezidenti bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər