14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Tramp ABŞ-ın İrana qarşı hərbi əməliyyatını mümkün hesab edir
Tarix: 05-06-2019 12:50 | Bölmə: Siyasət
Tramp ABŞ-ın İrana qarşı hərbi əməliyyatını mümkün hesab edir

ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyatını istisna etməsə də, ancaq danışıqlar yolunu seçərdi.

Reyting.az xarici mediaya istinadla bildirir ki, Böyük Britaniyada dövlət səfərindəolan ABŞ lideri bunu ITV televiziya kanalına müsahibəsində söyləyib.

“Həmişə belə ehtimal var. Mən bunu istəyirəm? Yox. Ancaq həmişə belə ehtimal var”, - prezident aparıcının “İrana qarşı hərbi güc tətbiq edəcəkmi” sualına cavabında vurğulayıb.

“İran – bura elə yerdir ki, mən hakimiyyətə gəldiyim ilk vaxtla çox düşmən idi. O, Yəmən, Suriya və digər yerlər olmaqla 14 hərbi əməliyyatda iştirak edirdi. O, çox yerdə terroru dəstəkləyirdi. O, dünya bir nömrəli terrorçu dövlət idi, indi də elə qalır. O, terroru maliyyələşdirib”, - Tramp əlavə edib.

Tramp İran prezidenti Həsən Ruhani ilə danışıqları da mümkün sayır: “Bəli, əlbəttə, mən danışıqlara üstünlük verərdim”.

Ancaq ABŞ prezidentinin sözlərinə görə, Ruhani yaxınlarda bundan imtina edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}