Ermənistan PKK düşərgələrini Laçın və Kəlbəcərdə yerləşdirib
Tarix: 05-06-2019 15:31 | Bölmə: Siyasət
Ermənistan PKK düşərgələrini Laçın və Kəlbəcərdə  yerləşdirib

Türkiyənin təhlükəsizlik qüvvələri ilin əvvəlindən terrorçularla mübarizədə 57 nəfər itirib. Altı Türkiyə hərbçisi isə İqdır əyalətində ölüb.

Reyting.az Türkiyə mətbuatına istinadla bildirir ki, terrorçuların bu əyalətdə fəallaşmasının arxasında Ermənistan dayanır.

Jurnalistlər xatırladır ki, 2016-cı ildə İqdır və İran arasındakı sərhəd zonası minalardan təmizlənib. Təmizlənən ərazi kənd təsərrüfatı üçün istifadə edilməli idi, lakin bu baş verməyib. Ərazidə tikilən divardan isə terrorçular müdafiə istehkamı kimi istifadə edir. Minadan təmizlənən ərazidən istifadə edən terrorçular İqdır tərəfdən keçib Ermənistana yollanırlar.

Digər məlumata görə, ermənilər PKK terrorçularınnın əli ilə İqdırda və Naxçıvanda qarışıqlıq yaratmağa cəhd edirlər.

Sayqa Öztürk ehtimal edir ki, Azərbaycanın dövlət nömrə nişanlı yük maşınına Dilucu gömrük-buraxılış məntəqəsində atəş açılmasının arxasında Ermənistanın dayanması ilə bağlı sübutlar da var.

İş burasındadır ki, həmin məntəqədən hər gün yüzlərlə yük maşını keçir. İran ərazisindəki terrorçuların məhz Azərbaycanın dövlət nömrə nişanlı yük maşınını atəşə tutması təsadüfi deyil.

Jurnalist istisna etmir ki, işğal altındakı Dağlıq Qarabağda, o cümlədən ətraf ərazilərdə, xüsusilə Laçın və Kəlbəcərdə PKK-nın düşərgələri fəaliyyət göstərir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}