14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Azərbaycanla Gürcüstan sərhəd məsələsini müzakirə edəcək
Tarix: 06-06-2019 11:43 | Bölmə: Siyasət
Azərbaycanla Gürcüstan sərhəd məsələsini müzakirə edəcək

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfər edəcək.

Səfər iyunun 20-21-də baş tutacaq.

Səfərlə bağlı açıqlama verən İrakli Kobaxidze Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayıb.

Bildirib ki, Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.

O deyib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq: "Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əkaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq".(Report)




Bölməyə aid digər xəbərlər