Moldova prezidenti: "İlham Əliyevin gəlişini gözləyirik"
Tarix: 06-06-2019 17:48 | Bölmə: Siyasət
Moldova prezidenti: "İlham Əliyevin gəlişini gözləyirik"

"Azərbaycanla çox yaxşı münasibətlərimiz var, prezidentlərin səviyyəsində çox yaxşı əlaqələrimiz var. Həm MDB çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlərimiz var".

Bunu Moldova prezidenti İqor Dodon deyib.

"Ümid edirəm ki, bu il cənab İlham Əliyev Moldovaya gələ biləcək. Parlamentlərarası Komissiyanın işini yenidən bərpa etmək barədə razılığa gəlmişik. Bu ilin mart ayında 7-ci Qlobal Bakı Forumunda iştirak etdim və Azərbaycan Prezidenti ilə ilin ikinci yarısında onun da Moldovaya gəlişinin mümkünlüyü barədə razılığa gəldik.

Heydər Əliyev Fondunun dəstəyi ilə Qaqauziyada Mədəniyyət-Təhsil Mərkəzi tikirik və ən qısa zamanda onun açılışını etmək istəyirik. Odur ki, Prezident Əliyevin gəlişini gözləyirik", - İ.Dodon vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər