Fuad Abbasova Rusiyaya getmək qadağan olunub - 50 il ərzində
Tarix: 07-06-2019 16:12 | Bölmə: Siyasət
Fuad Abbasova Rusiyaya getmək qadağan olunub

Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.

Bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.

Ötən gün Fuad Abbasovun şikayət ərizəsini qəbul etməyən Moskva Vilayət Məhkəməsi əvvəlki məhkəmə qətnaməsini qüvvədə saxlayıb.

F.Abbasov bu gecə Moskva – Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}