17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nikol Paşinyan: “İran və Gürcüstanın Avrasiya İqtisadi Birliyində iştirakı faydalı ola bilər”
Tarix: 07-06-2019 23:27 | Bölmə: Siyasət
Nikol Paşinyan: “İran və Gürcüstanın Avrasiya İqtisadi Birliyində iştirakı faydalı ola bilər”

Ermənistanın baş nazir ölkəsinin Avrasiya İqtisadi Birliyi çərçivəsində İranla iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu və Tehranla əməkdaşlığını genişləndirməyə davam etdiyini söyləyib.

Reyting.az
“İRNA”-ya istinadla xəbər verir ki, Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Sammitinin ümumi iclasındakı çıxışına Avrasiya İqtisadi Birliyinin İranla azad ticarət razılaşması imzaladığını və Ermənistanın bu məsələdə əhəmiyyətli rol oynaya biləcəyini deyib.

Paşinyanın sözlərinə görə, Ermənistanla bərabər, İran və Gürcüstanın Avrasiya İqtisadi Birliyi çərçivəsində iştirakı faydalı ola bilər və üç ölkənin gələcək inkişafına kömək edəcək.

"Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində öz əməkdaşlığını dərinləşdirməyə hazırdır. Eyni zamanda, o, Avropa İttifaqı ilə tərəfdaşlığını genişləndirir, çünki biz Avrasiya İqtisadi Birliyinin və Avropa İttifaqının yaxınlaşması və əməkdaşlığına inanırıq", - Paşinyan deyib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}