Türkiyənin müdafiə naziri Naxçıvanla sərhəddə - Səbəb
Tarix: 07-06-2019 23:36 | Bölmə: Siyasət
Türkiyənin müdafiə naziri Naxçıvanla sərhəddə

Türkiyənin müdafiə naziri Hulusi Akar İran, Azərbaycanın Naxçıvan bölgəsi və Ermənistanla sərhəd ərazilərində yoxlamalar keçirib.

Reyting.az
“Anadolu” Agentliyinə istinadla xəbər verir ki, Akar deyib:

"Sərhədlərin təhlükəsizliyini təmin etmək üçün indiyə qədər edə biləcəyimiz hər şeyi etdik, bundan sonra da eyni qətiyyətlə bunu etməyə davam edəcəyik".

Hulusi Akarı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bir çox rəsmiləri müşayiət edib.

"İran sərhədindən Türkiyəyə qarşı terrorçu fəaliyyətlər, qanunsuz keçid, köç təşəbbüsləri var", – Akar bildirib. Nazir bunlara qarşı alınacaq tədbirlərdən danışıb. "Sərhəd şərəfdir", – deyə sonda müdafiə naziri deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}