Putinin mühafizəçiləri Çin liderini yıxılmaqdan xilas etdilər
Tarix: 08-06-2019 00:32 | Bölmə: Siyasət
Putinin mühafizəçiləri Çin liderini yıxılmaqdan xilas etdilər

Rusiya prezidenti Vladimir Putinin mühafizəsinin əməkdaşları Çin Xalq Respublikasının sədri Si Tsinpini Peterburq beynəlxalq iqtisadi forumu plenar sessiyasından sonra səhnədə yıxımaqdan xilas ediblər.


Reyting.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, hadisə iyunun 7-də, iki ölkənin lideri çıxışlarını başa vurub zalı tərk etməyə hazırlaşanda qeydə alınıb.

Ancaq jurnalistlər və xarici nümayəndə heyətlərinin təmsilçiləri tədbir başa çatandan dərhal sonra sual vermək və şəkil çəkdirmək üçün səhnəyə tərəf gediblər.

Si Tsinpin bir anlığa iştirakçılardan biri ilə görüşmək üçün aşağı tərəf yeriməyə başlayıb və bu zaman az qalsın ki, yıxılsın.

Onu Rusiya liderinin mühafizəçiləri xilas ediblər. Bundan sonra Çinin lideri sakitcə zalı tərk edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}