Qazaxıstanda prezident seçkiləri keçirilir - Səsvermə
Tarix: 09-06-2019 08:53 | Bölmə: Siyasət
Qazaxıstanda prezident seçkiləri keçirilir

Bu gün Qazaxıstan Respublikasında növbədənkənar president seçkiləri keçirilir.

Reyting.az
-ın məlumatına görə, prezident postu uğrunda yeddi namizəd mübarizə aparır.

Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyasından namizəd hazırkı prezident Kasım-Jomart Tokayevdir.

"Ak Jol" demokratik partiyasından isə president postu üçün mübarizəyə parlamentin deputatı Daniya Espaeva qatılıb. O, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizəd kimi qeydə alınmış ilk qadındır.

Namizədlər arasında bir nəfər də jurnalist var. Bu, “Ult Taqdırı” milli-vətənpərvərlik hərəkatından Amirjan Kosanovdur.

Qeyd edək ki, Qazaxıstan Konstitusiyasına əsasən, ölkə prezidenti 5 il müddətinə gizli səsvermə yolu ilə seçilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}