Poroşenko partiyasının ilk beşliyini təqdim etdi - Siyahı
Tarix: 09-06-2019 13:35 | Bölmə: Siyasət
Poroşenko partiyasının ilk beşliyini təqdim etdi

“Avropa həmrəyliyi” partiyasının rəhbəri Pyotr Poroşenko Ali Radaya seçkilərdə iştirak edəcək siyasi qüvvənin ilk beşliyini təqdim edib.

Reyting.az-ın Ukrayna mətbuatına istinadla verdiyi xəbərə görə, beşliyə parlamentin indiki rəhbərliyi, eləcə də hərbçilər və müğənnilər daxildir.

Partiyanın parlament seçkilərində iştirak edəcək namizədləri siyahısındakılar bunlardır:

* Pyotr Poroşenko – beşinci prezident (2014-2019-cu illərdə), siyasi qüvvənin lideri;

* Andrey Parubiy – Ali Radanın sədri;

* İrina Qeraşenko – parlamentin vitse-spikeri;

* Mixail Zabrodski - hərbçi, general-leytenan, Ukrayna Silahlı Qüvvələri Desant-hücum qoşunlarının komandiri, Ukrayna Qəhrəmanı;

* Sofiya Fedina - Avropa meydanının fəalı, müğənni;

* Mustafa Cemilev – Krım tatar xalqının lideri;

* Yana Zinkeviç – “Qospitalyerı” tibb alayının komandiri;

* Oleq Sinyutka – Lvov vilayət administrasiyasının keçmiş rəhbəri.

Xəbər verildiyi kimi, bu günlərdə baş nazir Qroysman öz partiyası “Ukrayna strategiyası” ilə Radaya seçkilərə gedəcəyini açıqlayıb.

Hökumət rəhbəri özü ilə seçkilərə fəaliyyətdə olan nazirlətrdən ibarət sınaqdan çıxan komandası ilə gedir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}