17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Müsavat Partiyasında seçki - Təşkilata yeni sədr seçildi
Tarix: 09-06-2019 19:35 | Bölmə: Siyasət
Müsavat Partiyasında seçki - Təşkilata yeni sədr seçildi

Bu gün Müsavat Gənclər Təşkilatının VII konfransı keçirilib.

Reyting.az
xəbər verir ki, Müsavat başqanı Arif Hacılı, Divan üzvləri Gülağa Aslanlı, Razim Əmiraslanlı, başqanın müavini Fərəc Kərimli, MNTK üzvləri Nuru Xanlarov və Əli Həsənovun iştirak etdiyi konfransda əvvəlcə təşkilatın əvvəlki sədri Əbülfəz Sadlıqbəylinin və qurumun NTK-sının hesabatı dinlənilib.

Arif Hacılı ölkədəki ictimai-siyasi durumla əlaqədar çıxış edib, gənclərə tövsiyyələr verib.

Daha sonra təşkilatı məsələlərə baxılıb.

Elman Quliyev gizli səsvermə yolu ilə Müsavat Gənclər Təşkilatının sədri seçilib.

Qurumun Şura üzvlüyünə Əziz Məmiyev, Əşrəf Buludlu, Eldəniz Hüseynov, Araz İsmayıl, Kamal Hüseynov, Rüfət Malikəjdərli və Rüstəm İmamverdiyev, NTK üzvlüyünə isə Elşad Həsənzadə, Fərid Hüseynli və Ülvi Abdullayev seçiliblər.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}