14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Qazaxıstan qarışdı: seçkiyə etiraz edənlərin həbsinə start verildi
Tarix: 10-06-2019 12:53 | Bölmə: Siyasət
Qazaxıstan qarışdı: seçkiyə etiraz edənlərin həbsinə start verildi

Qazaxıstanda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən bir qrup Almatı şəhərinin mərkəzi Astana meydanına toplaşıb.

“İnterfax” xəbər verir ki, hazırda polis və Milli Qvardiya tərəfindən mühasirəyə alınan meydan və yaxınlıqdakı bağ ətrafında polis aksiya iştirakçılarını saxlayır. İndiyədək 30-dən çox saxlanılan var.

Ötən gün həmçinin kütləvi etiraz aksiyalarının keçirildiyi paytaxt Nur-Sultan şəhərində də hazırda Gənclər (Jastar) meydanı və bəzi əsas küçələr polis tərəfindən nəzarətə götürülüb.

Xatırladaq ki, bu gün ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərin müvəqqəti dövlət başçısı Kasım-Jomart Tokayevin qələbəsi ilə başa çatdığını açıqlayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}