15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Böyük Britaniyada 10 siyasətçi baş nazir postuna namizəddir
Tarix: 11-06-2019 00:31 | Bölmə: Siyasət
Böyük Britaniyada 10 siyasətçi baş nazir postuna namizəddir

Böyük Britaniyada 10 siyasətçi hakim Mühafizəkarlar partiyasının lideri və baş nazir postuna namizəd kimi rəsmən qeydiyyata alınıb.

Reyting.az xarici mətbuata istinadən bildirir ki, bu barədə iddialıların qeydiyyatı prosedurunun başa çatmasından sonra parlament fraksiyası komitəsinin nümayəndəsi Şeril Qillan məlumat verib.

Bunlar Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson, xarici işlər naziri Ceremi Hant, beynəlxalq inkişaf məsələləri üzrə nazir Rori Styuart, səhiyyə və sosial müdafiə naziri Mett Henkok, keçmiş əmək və pensiya işləri üzrə nazir Ester Makvey, Brexit məsələsi üzrə keçmiş nazir Dominik Raab, İcmalar palatasının (de-fakto Britaniya hökumətinin parlamentin aşağı palatadakı nümayəndəsi) Andrea Lids, ətraf mühit, ərzaq və kənd təsərrüfatının inkişafı naziri Maykl Qouv, krallığın daxili işlər naziri Sadjid Cavid, maliyyə nazirinin keçmiş müavini Mark Harper.

Səsvermənin ilk mərhələsi iyunun 13-də keçiriləcək.

İyunun 18-nə planlaşdırılan daxili səsvermənin ikinci mərhələyə keçmək üçün namizədin birinci mərhələdə İcmalar palatasının fransiyasından olan deputatların (17 deputat) ən azı 5 faizinin səsini əldə etmək lazımdır. Ancaq üçüncü mərhələyə çıxmaq üçün 10 faiz (33 depuat) səs toplamağa ehtiyac var.

Daxili seçki kampaniyasında qalib gəlmək şansı daha çox Conson, Qouv və Hantada var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər