15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Prezidenti öldürmək istəyirlər - İddia
Tarix: 11-06-2019 12:16 | Bölmə: Siyasət
Prezidenti öldürmək istəyirlər

Moldova prezidenti İqor Dodon bəyan edib ki, onun məhvi üçün 1 milyon dollar təklif olunur.

Reyting.az Moldova mətbuatına istinadən bildirir ki, o bunu TV-8 televiziya kanalının birbaşa efirində söyləyib.

Onun fikrincə, sui-qəsdi Demokratik partiyanın sədri Vlad Plaxotnyukun ətrafı hazırlaya bilər.

“Mənim məlumatıma görə, aradan götürülməyim üçün bir milyon dollar təklif olunur... Əgər, Allah eləməsin, nəsə baş versə... Plaxotnyuk və onun bütün ətrafı buna görə cavab verəcək”, - Dodon vurğulayıb.

Prezidentin dediyinə görə, onun məhvi ilə bağlı “sifarişin” “Odessa qruplaşması”na verilməsi haqda informasiyası var. O, informasiyanı hüquq-mühafizə orqanlarına ötürəcəyini, eləcə də təhlükə haqda öz ailəsini məlumatlandırdığını da qeyd edib.

Moldovada hazırda “ikihakimiyyətlilik”dir – ölkədə demokrat Pavel Filippin keçmiş hökuməti və sosialistlərin və Avropa tərəfdarlarının formalaşdırdığı yeni hökumət işləyir. İkincinin legitimliyini Avropaİttifaqı, ABŞ və Rusiya tanıyıb. Ancaq Konstitusiya məhkəməsi hesab edir ki, o, qanunusuz yaradılıb və parlamentin buraxılmasını tələb edib.

“Müvəqqəti” prezident səlahiyyəti alan Pavel Filipp sentyabrın 6-na vaxtından əvvəl seçki təyin edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər