Yapon analitiklərdən təklif: Həsən Ruhani G20-yə dəvət edilsin
Tarix: 11-06-2019 14:55 | Bölmə: Siyasət
Yapon analitiklərdən təklif: Həsən Ruhani G20-yə dəvət edilsin

Yapon analitikləri baş nazir Şinzo Abeyə İran prezidenti Həsən Ruhanini G20 zirvəsinə dəvət etməyi təklif ediblər.

Reyting.az
“Yomiuri Shimbun” nəşrinə istinadla xəbər verir ki, nəşrin fikrincə, bu addım Yaxın Şərq regionunda gərginliyi azaltmaq və İran-ABŞ dialoqu üçün sakit atmosfer yaratmaq üçün qəbul edilə bilər.

G20 – beynəlxalq forumdur. Onun növbəti zirvəsi 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək.

Sabah Şinzo Abe üç gün davam edəcək səfərlə Tehrana yollanacaq. Baş nazir prezident Həsən Ruhani və İslam İnqilabının lideri Ayətullah Əli Xamnəi ilə görüşməyi planlaşdırır.

Bu səfər ABŞ-la dialoqu təşviq etmək və gərginliyi azaltmaq məqsədi daşıyır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}