Keşikçidağla bağlı Gürcüstanla danışıqlar davam edir - Nazir müavini
Tarix: 11-06-2019 21:22 | Bölmə: Siyasət
Keşikçidağla bağlı Gürcüstanla danışıqlar davam edir

"Keşikçidağla bağlı Gürcüstanla danışıqlarımız davam edir".

Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib.

"Biz qərara gəlmişik ki, bu həftə ekspertlərin yerlərdə görüşünü təşkil edək və görüşün nəticəsi olaraq iki ölkə arasında sərhədin müəyyənləşdirməsi ilə məşğul olan komissiyanın növbəti iclasının tarixini müəyyənləşdirək. Düşünürəm ki, iclas iyul-avqust aylarında ola bilər".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}