16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Şimali Koreya lideri Trampa məktub yazıb
Tarix: 13-06-2019 02:25 | Bölmə: Siyasət
Şimali Koreya lideri Trampa məktub yazıb

ABŞ-ın Şimali Koreyanın lideri Kim Çen Indan aldığı məktub gözlənilməz olsa da, “çox yaxşı” qarşılanıb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp söyləyib.

“O, sadəcə mənə çox yaxşı məktub yazıb. Gözlənilməzdir. Siz nə zamansa, ola bilsin ki, 100 il sonra bu məktubda nə yazıldığını görəcəksiniz. Ola bilsin ki, iki həftə sonra, kim nə bilir?”, - Vaşinqton administrasiyasının rəhbəri məktubun mətni ilə bağlı suala cavabında vurğulayıb.

Dövlət başçısı onu “çox yaxşı və çox isti” adlandırıb: “Mən minnətdəram”.

Tramp tezliklə iki lider arasında görüşün də baş tutacağını istisna etməyib: “O, sözünün üstündə durur, bu mənim üçün çox vacibdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}