Saakaşvili Ukraynada seçkilərə kiminlə gedir?
Tarix: 14-06-2019 01:37 | Bölmə: Siyasət
Saakaşvili Ukraynada seçkilərə kiminlə gedir?

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynada vaxtından əvvəl keçiriləcək parlament seçkilərində iştirak edəcək partiya üzvlərini təqdim edib.

Reyting.az Ukrayna mətbuatına istinadla bildirir ki, iyunun 13-də Kiyevdə keçirilən brifinqdə Odessa vilayətinin keçmiş qubernatoru “Yeni güclərin hərəkatı” partiyasının siyahısında ilk onluqda olanların adlarını açıqlayıb.

Siyahı belədir:

1. Mixail Saakaşvili;

2. David Sakvarelidze – Ukrayna baş prokurorunun keçmiş müavini;

3. Oles Doniy – ictimai xadim;

4. Natalya Jukova – odessalı qrossmeyster;

5. Vladimir Lanovoy – keçmiş iqtisadiyyat naziri;

6. Yelena Tereşenko – ictimai xadim, Qluxovun keçmiş meri Mişel Tereşenkonun həyat yoldaşı;

7. Dmitri Bulak – Xarkov vilayət sovetinin deputatı;

8. Anna Solomatina – Korrupsiyaya qarşı mübarizə üzrə Milli agentliyin maliyyə nəzarəti və həyat tərzi monitorinqi departamentinin keçmiş rəhbəri;

9. Oleq Mixaylik – ictimai xadim, Odessadan olan jurnalist;

10. İqor Çernyak – Xarkov şəhər sovetinin deputatı, Xarkov korrupsiya əleyhinə mərkəzinin həmtəsisçisi.

Saakaşvilinin dediyinə görə, siyahı partiyanın iyunun 10-da keçirilən qurultayında təsdiqlənib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}