15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Demokratlar bu ölkədən qaçırlar
Tarix: 16-06-2019 01:30 | Bölmə: Siyasət
Demokratlar bu ölkədən qaçırlar

Müxalifətə getməyə yaxınlaşan Moldova Demokratik partiyasının tərəfdarları tələsik şəxsi təyyarələrlə ölkədən uçub gedirlər.

Reyting.az bildirir ki, bu barədə TV-8 televizya kanalı məlumat yayıb.

- Bir neçə saat ərzində Kişinyovdan bir neçə şəxsi təyyarə uçub, - xəbərdə vurğulanır.

Telekanalın informasiyasına görə, onlar İstanbula, Odessaya, Moskvaya və Londona yollanıblar.

Təyyarələrdən birində ölkə banklarından birindən milyard avro çıxaran biznesmen İlan Şoranın ailəsi də olub.

Ehtimal olunur ki, digər təyyarədə oliqarx demokratların lideri Vladimir Plaxotnyuk da uçub.

Buna qədər Moldova prezidenti İqor Dodon xalqı “hakimiyyətin uzurpatiyası üzərində simvolik qələbəyə görə” təbrik edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər