15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Pənah Hüseyndən Surət Hüseynovun ittihamlarına sərt cavab: "Qələt eləyir, başın daşa döyür"
Tarix: 17-06-2019 11:37 | Bölmə: Siyasət
Pənah Hüseyndən Surət Hüseynovun ittihamlarına sərt  cavab:  "Qələt eləyir, başın daşa döyür"

Sabiq baş nazir Pənah Hüseyn keçmiş baş nazir Surət Hüseynovun təhqirdolu ittihamlarına sərt cavab verib.

Reyting.az
P. Hüseynin S.Hüseynova cavabını təqdim edir:

"Bir neçə gün öncə mənə bir neçə KİV- dən sual unvanlanıb ki, Surət Hüseynovun adından (səsi ilə?) ittihamlar yayınlanlanıb, bunlara cavab və ya şərh verim. Demişəm ki, araşdırıb, lazım bilsəm, təzə bir şey varsa 15 iyundan sonra cavablandıraram. Ona qədər, öyrənəcəm ki, Könül Rafiqqızı imzası ilə dərc edilən materiallar Surət Hüseynovu bağlayırmı? Və Surət Hüseynov təsdiqləyirmi ki, bu materaillar onun bilgisi və ya razılığı ilə yayılır, yoxsa özfəaliyyətdir."

P. Hüseyn sonra həmin "səsin" Qurban Məmmədova məxsus olan "Azefredoom"da da səsləndirildiyini bildirib: "Mənə məlumat verdilər ki, Surət Hüseynovdan birbaşa nə təsdiq, nə də təkzib gəlməyib. Güya o, Yaponiyadadır. Ancaq onun köməkçisi qismində tanınan şəxs bildirib ki, həqiqətən bu yaxınlarda Surət Hüseynovla özünü jurnalist kimi təqdim edən biri ilə yayılmaq üçün nəzərdə tutulmayan söhbəti olub. Bu məncə elə dolayısı təsdiqdir.

Mən o "səsi" dinlədim. Əvvala, mən bir qadının arxasında gizlənib (material Könül Rafiqqızı imzasıilə yayılıb) küçə qadınlarına xas söyüşlər söyən birisinə baş qoşub cavab verməyi nə özümə, nə digər dostlara, ümumiyyətlə, özünü tanıyan heç bir kişiyə yaraşdırmaram.

O ki qaldı onun güya "Təhlükəsizlik Şurasında" ermənilərlə gizli atəşkəs müqaviləsi barədə müzakirələr haqqında axmaqlamağına, o cür düşük, səviyyəsiz şərləmələrə də elə axmaq adamlar inanar. Qələt eləyir, başın daşa döyür".

Xatırladaq ki, bir neçə gün əvvəl video açıqlama yayan S.Hüseynov AXC iqtidarını təhqir etmişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər