Sahil Babayev iranlı vəzifədaşı ilə görüşdü – Cenevrədə
Tarix: 19-06-2019 14:29 | Bölmə: Siyasət
Sahil Babayev iranlı vəzifədaşı ilə görüşdü

Bu gün İsveçrənin Cenevrə şəhərində keçirilən 121-ci Beynəlxalq Əmək Konfransı çərçivəsində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev və İranın sosial rifah naziri Məhəmməd Şəriətmədari arasında görüş keçirilib.

Reyting.az
“İRNA”ya istinadla xəbər verir ki, Məhəmməd Şəriətmədari, texniki-peşə təhsili məsələsi də daxil olmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rəhbərlik etdiyi qurumla bir çox əməkdaşlıq sahələrinin mövcud olduğunu bildirib.

Şariətmədari birgə fəaliyyət planı və işçi qüvvəsi mübadiləsi haqqında anlaşma memorandumundan söz açıb.

Nazir Sahil Babayev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq və sahibkarlıq sahəsində təcrübə mübadiləsinə hazırdır. “İki ölkə arasındakı həmkarlar ittifaqlarının təcrübəsi də çox faydalı olacaq”.

Sahil Babayev iranlı vəzifədaşı ilə görüşdü




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}