15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Spiker: "Münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır"
Tarix: 20-06-2019 11:57 | Bölmə: Siyasət
Spiker: "Münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır"

Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Bunu Milli Məclisin sədri Oqtay Əsədov Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyasının iclasında deyib.

O.Əsədov bildirib ki, Azərbaycan 25 ildən artıqdır ki, Ermənistanın silahlı təcavüzü və işğalından əziyyət çəkir: “Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn prinsipi və normaları, xüsusən də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasnda tezliklə öz həllini tapacaq”.

Spikerin sözlərinə görə, 26 il öncə yaranmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi baxımndan çox böyük potensiala malik olduğunu sübut edib:

“Parlament Assambleyasının plenar sessiyasının 7 il sonra yenidən Bakıda keçirilməsi və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var. Bu 7 ildə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələri bölgənin iqtisadi mənzərəsinin dəyişdirilməsində mühüm rol oynayıb. Beynəlxalq və regional əməkdaşlığın gözəl nümunələri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər transmilli layihələr nəinki bölgəmizin, eləcə də Avropa qitəsinin iqtisadi xəritəsinin formalaşdırılmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yol xəttinin reallaşdırılması və eləcə də TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Parlament Assambleyası çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir”.

Trend




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər