Lalə Şövkət: "Onun itkisi Azərbaycan üçün əvəzolunmazdır"
Tarix: 25-06-2019 12:59 | Bölmə: Siyasət
Lalə Şövkət: "Onun itkisi Azərbaycan üçün əvəzolunmazdır"

Keçmiş Dövlət katibi Lalə Şövkət professor Şirməmməd Hüseynovun vəfatı ilə bağlı başsağlığı verib.

Reyting.az
-a daxil olan başsağlığı məktubunda deyilir:

"Şirməmməd Hüseynovun vəfatı məni dərindən sarsıtdı. Azərbaycan əsl ziyalısını, mütəfəkkirini, böyük Müəllimini itirdi. Şirməmməd müəllim əqidəsini, qürurunu qoruyub saxlayan nadir şəxsiyyət idi. Onun itkisi Azərbaycan üçün əvəzolunmazdır.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun! Ruhu şad olsun!"




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}