23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlıq komissiyasının iclası keçiriləcək
Tarix: 27-06-2019 00:48 | Bölmə: Siyasət
Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlıq komissiyasının iclası keçiriləcək

Azərbaycan və Rusiya dövlətləri arasında hərbi-texniki əməkdaşlıq komissiyasının növbəti iclası bu ilin sentyabr ayında Azərbaycanda olacaq.

Bu barədə jurnalistlərə açıqlamasında Moskvada səfərdə olan Azərbaycan Müdafiə nazirinin müavini general-leytnant Fuad Məmmədov məlumat verib.

Azərbaycan tərəfdən həmin komissiyaya həmsədrlik edən nazir müavini Fuad Məmmədovun sözlərinə görə, Rusiya ilə ölkəmiz arasında hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir. O, bundan sonra da Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırdıqlarını deyib.

Qeyd edək ki, F. Məmmədov Moskva vilayətinin “Patriot-Ekspo” Sərgi Kompleksində keçirilən “ARMY-2019” V Beynəlxalq Hərbi Texnika Forumunda iştirak etmək üçün Moskvaya səfər edib. Onunla birlikdə nümayəndə heyətinə Azərbaycan Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də daxildir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}