15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Əli Kərimli sərbəst buraxıldı - Yenilənib+Mövqe
Tarix: 28-06-2019 13:26 | Bölmə: Siyasət
Əli Kərimli sərbəst buraxıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli polislər tərəfindən saxlanılaraq müvafiq idarəyə aparılıb.

Reyting.az
-ın məlumatına görə, Ə. Kərimli ilə bağlı araşdırmalar başlayıb.

Onun hansı səbəbdən saxlanılması barədə hələlik məlumat verilmir.

Əlavə məlumat verəcəyik.

***

Reyting.az-ın ölkə KİV-lərinə istinadla verdiyi son məlumata görə, AXCP sədri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.


Əli Kərimlini ölkədəki sabitliyi pozmağa cəhddə ittiham edirlər.

Onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

Qeyd olunur ki, Ə. Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürüb və kampaniya təşkil etməyə çalışıb.

***

Binəqədi Rayon Məhkəməsinin Dəftərxana müdirinin Axar.az-a verdiyi məlumata görə isə, Əli Kərimlinin həbsi ilə bağlı hər hansı məhkəmə qərarı yoxdur.

Bununla belə, Binəqədi Rayon Polis İdarəsində dindirilən Əli Kərimlinin izahatı alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər