15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Gözəl Bayramlı: “Əli Kərimli Müsavatın qərargahından çıxarkən saxlanılıb”
Tarix: 28-06-2019 15:43 | Bölmə: Siyasət
Gözəl Bayramlı: “Əli Kərimli Müsavatın qərargahından çıxarkən saxlanılıb”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün gündüz saatlarında polis tərəfindən saxlanılıb və Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, Ə.Kərimli saat 13:00-da Müsavat Partiyasının qərargahından çıxarkən saxlanılıb. Orada "Həmrəylik marafonu"nda iştirak edib. Tədbirdə məqsəd etiraz aksiyalarında iştiraka görə cərimələnən fəalların cərimələrinin ödənilməsi üçün vəsait toplamaq olub.

Ə. Kərimli tədbirdə çıxış edib və getməyə hazırlaşarkən saxlanılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər