15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
DİN və Prokurorluq Əli Kərimlinin saxlanılması ilə bağlı məlumat yaydı
Tarix: 28-06-2019 16:04 | Bölmə: Siyasət
DİN və Prokurorluq Əli Kərimlinin saxlanılması ilə bağlı məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) AXCP sədri Əli Kərimlinin saxlanılması ilə bağlı məlumat yayıb.

Reyting.az
-a daxil olan birgə məlumatda bildirilib ki, iyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib:

“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.

İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər