Ərdoğanla Tramp ilk mesajları verdi: "Türkiyəyə sanksiya tətbiq edilməyəcək"
Tarix: 29-06-2019 13:06 | Bölmə: Siyasət
Ərdoğanla Tramp ilk mesajları verdi: "Türkiyəyə sanksiya tətbiq edilməyəcək"

"ABŞ Türkiyəyə sanksiya tətbiq etməyəcək, bunu Trampın dilindən eşitdik".

Reyting.az
xəbər verir ki, bunu G20 sammiti çərçivəsində brifinq keçirən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ prezidenti Donald Trampla Osakada ilk təmasda müzakirə edilən məsələlərlə bağl suala cavab verərkən deyib.

Ərdoğan bildirib ki, "S-400"-lə bağlı məsələ bitib: "Rusiyadan aldığımız "S-400" raketlərinin təslim edilmə ərəfəsində anlaşmanı pozmaq Türkiyə kimi bir dövlətə yaraşmaz. Bu məsələ bitdi".

Tramp isə brifinqdə deyib ki, "S-400"-lə bağlı fərqli bir həll yolu tapıla bilər: "Türkiyə bu məsələdə ədalətli davranmalıdır".

Tramp deyib ki, Türkiyəyə səfər planlaşdırıb. Amma tarix dəqiq deyil.

Onu da qeyd edək ki, bu gün iki liderin görüşündə ikitərəfli münasibətlərin daha geniş formatda müzakirə olunacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər