Bu ölkələrdə korrupsiyaçılara siyasi sığınacaq verilməyəcək
Tarix: 30-06-2019 00:33 | Bölmə: Siyasət
Bu ölkələrdə korrupsiyaçılara siyasi sığınacaq verilməyəcək

G20 ölkələrinin liderləri təşkilatın Yaponiyanın Osaka şəhərində keçirilən ikigünlük sammitinin nəticəsi olaraq bəyannamə qəbul ediblər.

Reyting.az
-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, sənəddə qeyd edilir ki, sammit zamanı korrupsiya da olmaqla vacib məsələlər müzakirə olunub.

Liderlər korrupsiya fəaliyyətinə görə gizlənən şəxslərə siyasi sığınacaq verilməsindən imtinanı razılaşdırıblar.

“Biz faktiki olaraq korrupsiya əleyhinə əməkdaşlığı davam etdirəcək və korrupsiya cinayətləri törədərək ədalət məhkəməsindən gizlənən korrupsiyaçılara siyasi sığınacaq verilməsindən imtinaya qərarlı olduğumuzu təsdiqləyirik”, - bəyannamədə vurğulanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər