Avropa Komissiyasının yeni rəhbəri o ola bilər
Tarix: 30-06-2019 19:11 | Bölmə: Siyasət
Avropa Komissiyasının yeni rəhbəri o ola bilər

Avropa Komissiyasının növbəti rəhbəri böyük ehtimalla niderlandlı siyasətçi sosial-demokrat Frans Timmermans olacaq.

Reyting.az xarici mediaya istinadla bildirir ki, bu haqda Avropa İttifaqı liderlərinin görüşünə bir neçə saat qalmış avropalı diplomatlar və məmurlar açıqlama veriblər.

İyunun 30-da Avropa Şurasının rəhbəri Donald Tusk Avropa Parlamentinin aparıcı fraksiyalarının nümayəndələri ilə məsləhətləşmə aparıb. O, görüşdə deyib ki, Avropa Komissiyasının prezidenti postu üçün siyasi bloka sosial-demokratın namizədliyini təklif edəcək.

Avropa Şurasının rəhbəri konkret ad çəkməsə də, ancaq Timmermans Avropa Parlamentinə seçkilərdə sosial-demokratların əsas namizədi olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər