15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
SSRİ liderlərinin Qərbə qaçan və ABŞ-da yaşayan övladları - Fotolar
Tarix: 30-06-2019 20:20 | Bölmə: Siyasət
SSRİ liderlərinin Qərbə qaçan və ABŞ-da yaşayan övladları

20 il əvvəl, 1999-cu ilin iyun ayında, Nikita Xruşşovun doğma oğlu ABŞ vətəndaşlığı alıb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, o, atasının barışmaz mübarizə apardığı dövlətin vətəndaşı olub.

O, tək deyil. Keçmiş SSRİ baş katiblərinin bir neçə qohumu da indi özlərini qürurla amerikalı adlandırırlar.

Stalinin nəvəsi

İosif Stalin hələ də sovet tarixinin ən mübahisəli hökmdarı olaraq qalır. Onun zamanında genişmiqyaslı sənayeləşmə və faciəli kollektivləşmə həyata keçirilib. Stalinin vaxtında böyük terror olub və Böyük vətən müharibəsində qələbə qazanılıb.

SSRİ liderlərinin Qərbə qaçan və ABŞ-da yaşayan övladları

Stalin 1953-cü ildə ölüb. 1966-cı ildə isə rəhbərin qızı Svetlana Hindistana səfəri zamanı ABŞ səfirliyinə gedərək sığınacaq xahiş edib. O, ABŞ-a gedib, vətəndaşlıq alıb, Svetlana Allilueva adını Lana Piters kimi dəyişib və amerikalıya ərə gedib. Onların Kris Evans adlı qızı doğulub.

SSRİ liderlərinin Qərbə qaçan və ABŞ-da yaşayan övladları

Onun 48 yaşı var. Mağaza işlədir. Kris rus dilini başa düşmür. Yəqin ki, İosif Stalinin uzaq bir ölkədə hansı rolu oynadığını da bilmir. Ancaq Stalinin digər nəvələri də var: Svetlana Alliluevanın atıb getdiyi böyük oğlu və qızı Rusiyada qalıblar.

Xruşşovun oğlu

Sergey Xruşşov – Xruşşovun 5 uşağından ikincisi SSRİ-də raket hazırlanması ixtisasına yiyələnib, elmlə məşğul olub, hətta Sosialist Əməyi Qəhrəmanı adını da alıb.

SSRİ liderlərinin Qərbə qaçan və ABŞ-da yaşayan övladları

Ancaq 1991-ci ildə, ölkədə sosializm olmayanda, ABŞ-a gedib, soyuq müharibə tarixi ilə bağlı məruzələr oxumağa başlayıb. İş şəraiti sərfəli olub və orada qalmağı qərara alıb. 1999-cu ildə ABŞ vətəndaşı olub. O, hazırda Beynəlxalq münasibətlər institutunun professorudur və Providens şəhərində yaşayır.

Brejnevin qardaşı qızı

Leonid Brejnevin zamanında sovet kommunizminin qızıl dövrü başlayıb. Qiymətlər sabit idi, insanlar razı. Ancaq iqtisadi durğunluq idi, Praqa baharı olub və sovet ordusu Əfqanıstana yeridilib.

SSRİ liderlərinin Qərbə qaçan və ABŞ-da yaşayan övladları

Brejnevin övladları Rusiyada qalıblar. Amma iki nəticəsi Britaniyanın prestijli Oksfordunu bitirib. Onlardan biri Britaniyada yaşamaq üçün qalıb. Qardaşı qızı Lyubov Brejneva ilk fürsət əldə edəndə - 1990-cı ildə ABŞ-a gedib.

Qorbaçovun qızı

Mixail Qorbaçovun vaxtında quru qanun və aşkarlıq idi. Onun zamanında yenidənqurma başlayıb və SSRİ-nin süqutu baş verib. Qorbaçov SSRİ-nin birinci və yeganə prezidenti olaraq qalır. O, SSRİ-nin sağ qalan sonuncu lideridir.

SSRİ liderlərinin Qərbə qaçan və ABŞ-da yaşayan övladları
İrina şəkildə ortadakıdır

Qorbaçovun qızı İrina Virqanskaya SSRİ-də həkim ixtisasını oxuyub. Elmi fəaliyyətlə məşğul olub. Hazırda daha çox San-Fransiskoda yaşayır. Qorbaçov Fondunun əsas ofisi də orada yerləşir. İrina fondun vitse-prezidentidir. O, Rusiyaya qayıdıb yaşamağı planlaşdırmır. Amma İrinanın kiçik qızı və nəvəsi Rusiyada yaşayır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər