15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Avropa Şurasının rəsmisi: "Ekspertlər Azərbaycandakı məhkəmə sistemi bağlı təcrübəyə malikdir"
Tarix: 02-07-2019 10:06 | Bölmə: Siyasət
Avropa Şurasının rəsmisi: "Ekspertlər Azərbaycandakı məhkəmə sistemi bağlı təcrübəyə malikdir"

"Bu layihənin məqsədi ondan ibarətdir ki, Azərbaycanda məhkəmə sistemi təkmilləşdirilsin, səmərəliliyi artırılsın. Bu layihə nəticələr əsasında iş qurur".

Bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransında Avropa Şurasının Ədliyyə və hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanne Juncher deyib.

Onun sözlərinə görə, Avropa Şurası bu layihəyə dəstək verməyə hazırdır, buna imkan da var. H.Juncher qeyd edib ki, bu işlə məşğul olan avropalı ekspertlər Azərbaycandakı məhkəmə sistemi bağlı təcrübəyə malikdirlər. O, Azərbaycan hakimiyyətinə xüsusi təşəkkürünü bildirib: "Hakimiyyət bu məsələdə birgə işə dəstək verir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər