15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Deputat: “Parlamentin buraxılacağı ilə bağlı məlumatlar həqiqət deyil”
Tarix: 02-07-2019 20:59 | Bölmə: Siyasət
Deputat: “Parlamentin buraxılacağı ilə bağlı məlumatlar həqiqət deyil”

Milli Məclis iyulun əvvəlində bəzi qanun layihələrini müzakirə etmək üçün toplaşacaq və qarşıda parlamentin buraxılması ilə bağlı KİV-də yayılan məlumatlar həqiqətəuyğun deyil.

Reyting.az
xəbər verir ki, bu barədə Turan-a deputat Vahid Əhmədov bildirib.

Qeyd edək ki, iyulun 2-də sosial şəbəkələrdə parlamentin buraxılacağı ilə bağlı məlumat yayılıb. Əsasən bildirilir ki, iyulun 10-dan sonra növbədənkənar parlament seçkiləri keçiriləcək.

V. Əhmədovun sözlərinə görə, deputatlar bəzi qanun layihələri üzərində işi başa çatdırmaq üçün özləri növbədənkənar sessiyanın işinə təşəbbüs göstəriblər.

"Parlament özü-özünü buraxmır. Bundan ötrü xüsusi qayda var", - deputat vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında olacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər