Zahid Oruc: “Biz qəhrəmanlarımızdan və qəhrəmanlıq tariximizdən imtina etmirik”
Tarix: 09-04-2020 15:11 | Bölmə: Siyasət
Zahid Oruc: “Biz qəhrəmanlarımızdan və qəhrəmanlıq tariximizdən imtina etmirik”

“Biz qəhrəmanlarımızdan və qəhrəmanlıq tariximizdən imtina etmirik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Avropa torpaqlarının azad olunmasında bizim qəhrəman ata-babalarımız iştirak edib.

“Cümhuriyyət dövrü Azərbaycan tarixində əhəmiyyətli rol oynayıb. Amma sovet Azərbaycanı dövründə də biz böyük nailiyyətlər əldə etmişik. Biz Cümhuriyyət dövrünü 1-ci respublika, sovet Azərbaycanı dövrünü 2-ci respublika, hazırkı dövrü isə 3-cü respublika adlandırmalıyıq. Bu, mənim subyektiv yanaşmam deyil. Bütün dünyada belə kimi məsələlərlə bağlı bu cür yanaşma var”.

APA




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}