AXCP-nin bir üzvü saxlanılıb, digərinə həbs cəzası verilib
Tarix: 09-04-2020 19:04 | Bölmə: Siyasət
AXCP-nin bir üzvü saxlanılıb, digərinə həbs cəzası verilib

Bugün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirovu polisin saxladığı deyilir. Bu barədə “Turan”a AXCP-dən məlumat verilib.

Məlumata görə, R. Əmirovu tibb mərkəzlərin birinin yanında saxlayıblar: "Uşağı həkimə aparıb. Elə uşağının yanında saxlayıblar. Uşağı qohumun yanına, Ruslanın özünü isə polis bölməsinə aparıblar".

Partiyadan R. Əmirlinin saxlanılmasını onun siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə "Turan" agentliyinə söyləyib ki, bu deyilənlər barədə heç bir məlumata malik deyil.

Elə bugün, AXCP-nin başqa bir fəalı - Faiq Əmirlinin də İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 30 sutka inzibati həbs edildiyi bildirilib.

Partiyadan hesab edirlər ki, hakimiyyət koronavirusla bağlı karantin rejimindən müxalif insanları cəzalandırmaq üçün istifadə edir. Rəsmilər isə bu ittihamı qəbul etmirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}