14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Pakistandan Qarabağdakı "seçki"lərə sərt etiraz: "Bu, Ermənistan tərəfindən danışıqları pozmaq cəhdidir"
Tarix: 10-04-2020 14:49 | Bölmə: Siyasət
Pakistandan Qarabağdakı "seçki"lərə sərt etiraz: "Bu, Ermənistan tərəfindən  danışıqları pozmaq cəhdidir"

Pakistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımır.

Bu barədə brifinqdə açıqlama verən Xarici İşlər Nazirliyinin sözçüsü Aişə Faruki həmin “seçkilər”i beynəlxalq hüququn aşkar şəkildə pozulması kimi dəyərləndirib.

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinə açıq-aydın zidd olan bu “seçki” Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün aparılan danışıqları Ermənistan tərəfindən pozmaq cəhdidir. Pakistan bu məsələdə prinsipial mövqeyini, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir”, – XİN rəsmisi vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}