Separatçı rejim Dağlıq Qarabağda fövqəladə vəziyyət elan etdi
Tarix: 12-04-2020 18:30 | Bölmə: Siyasət
Separatçı rejim Dağlıq Qarabağda fövqəladə vəziyyət elan etdi

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin rəhbəri Bako Saakyan işğal altındakı ərazilərdə yaşayanlara müraciət edərək yeni koronavirusun qondarma respublikada yayılmaması və onların pandemiya təhlükəsindən qorunması üçün fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərman imzalayıb.

Reyting.az
Ermənistan KİV-nə istinadla bildirir ki, aprelin 12-dən saat 22:00-dan mayın 12-si saat 22:00-a qədər Dağlıq Qarabağ ərazisində fövqəladə vəziyyət elan olunub.

“Dövlət naziri” Qriqori Martirosyan komendant təyin edilib.

Son məlumata görə, Qarabağda koronavirusa yoluxanların sayı 5-ə çatıb, 14 nəfər karantinə alınıb.

Qarabağda COVID-19-a ilk yoluxma aprelin 7-də məlum olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}