14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Nazir istefa ərizəsini geri götürdü - Yenilənib
Tarix: 12-04-2020 22:57 | Bölmə: Siyasət
Nazir istefa ərizəsini geri götürdü

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu gözlənilmədən istefa verdiyini bəyan edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, karantin rejimi müddətində baş verən bəzi xoşagəlməz görüntülərdə özünü günahkar sayaraq, bu addımı atmaq məcburiyyətində qaldığını bildirib.

"Həyatımın sonuna qədər sadiq qalacağım Prezidentimiz Ərdoğan məni bağışlasın",- deyən nazirin istefa açıqlamasını olduğu kimi təqdim edirik:

Nazir istefa ərizəsini geri götürdü

***

Ötən gün istefa ərizəsi yazmış Türkiyənin Daxili işlər naziri Süleyman Soylu vəzifəsinə davam edəcəyi barədə açıqlama yayıb.

Nazir özünün «Twitter» hesabında yazıb:

“Karantin rejimi ilə bağlı üzərimə düşən məsuliyyətə görə verdiyim qərardan sonra millətimizin və Prezidentimizin mövqeyi məni təsirləndirdi. Dövlət və millətin atılan addımlarda çatışmazlığı insani bir vəziyyət kimi qəbul etməsi, nöqsanları aradan qaldırmaq haqqını verməsi məsuliyyətimizi artırıb. Allah utandırmasın. Millətimizin xidmətində yola davam...”

Qeyd edək ki, Süleyman Soylu dünən ötən həftənin cümə günü Türkiyədə karantin rejiminin pozulmasına görə məsuliyyət daşıdığını bildirərək, istefa ərizəsi yazıb. Türkiyə Prezidenti Süleyman Soylunun istefasını qəbul etməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}