11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddiaları cavablandırıb
Tarix: 13-04-2020 14:23 | Bölmə: Siyasət
Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddiaları cavablandırıb

Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən "Report"a bildirilib ki, bu informasiyalar həqiqəti əks etdirmir.

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, - səfirlikdən qeyd olunub.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidentinin köməkçisi İbrahim Kalın deyib ki, koronovirusla mübarizə üçün Türkiyədən 100-ə qədər ölkə yardım istəyib və bu ölkələr arasında Ermənistanda da var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}