17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Mayk Pompeo: “Çini koronavirusa görə ittiham etməyin zamanı gələcək”
Tarix: 14-04-2020 11:21 | Bölmə: Siyasət
Mayk Pompeo: “Çini koronavirusa görə ittiham etməyin zamanı gələcək”

“Cavabdehlərin hesab verəcəyi bir zaman gələcək. Bunun baş verəcəyinə çox əminəm. Hazırda ABŞ və sonra qlobal iqtisadiyyatı sistematik olaraq yenidən canlandırmaq üçün işimizə fokuslanmışıq. Amma ittihamların da zamanı gələcək”.

Reyting.az
xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo “Bild” qəzetinin “Çin qlobal koronavirus probleminə görə məsuliyyət daşıyırmı” sualına cavabında deyib.

Mayk Pompeo Çinin Vuhan şəhərində başlayan koronavirus haqqında əvvəl sürətli məlumat olmadığını vurğulayıb və bildirib ki, Çin hökuməti, Çin Kommunist Partiyası zamanında informasiyanı verməyib.

Pompeo əlavə edib ki, virusun necə və harada başladığını bilmək əhəmiyyətlidir: “Virusun haradan başlandığını Çindəki vəhşi heyvan bazalarına dair hesabatlarda gördük. Qlobal iqtisadiyyat qapanmaq məcburiyyətində qaldı. İqtisadiyyatların qapanması faciədir və çox bahalı maliyyə itkisidir. Heç bir ölkənin bir daha belə şeyə yol açmayacağından əmin olmalıyıq”.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}