ABŞ Senatı koronavirusun yayılmasında Çin və ÜST-nin rolunu araşdırır
Tarix: 14-04-2020 11:56 | Bölmə: Siyasət
ABŞ Senatı koronavirusun yayılmasında Çin və ÜST-nin rolunu araşdırır

ABŞ Senatının Daxili Təhlükəsizlik və Hökumət Məsələləri üzrə Komitəsi koronavirusun yaranması və yayılması ilə əlaqədar araşdırmalara başlayır.

TASS xəbər verir ki, bu barədə “Politico”ya müsahibəsində Komitə sədri Ron Conson bildirib.

Senatorun sözlərinə görə, həmkarları ilə birgə virusun yaranması və yayılması hallarını və həm ABŞ-da, həm də xaricdə epidemiyaya reaksiya verilməsi üzrə görülən tədbirləri tamamilə araşdırmaq niyyətindədir. Araşdırma ilk növbədə Çində koronavirusun meydana gəlməsinin səbəblərinə və Pekin ilə ÜST tərəfindən virusun yayılmasının qarşısını almaq üçün göstərilən səylərinin yetərli olub-olmamasına yönələcək.

“Bütün bunlar harada başladı? İnfeksiya heyvandan insana ötürüldü? Yoxsa Çində deyək ki, məsələn, xoş niyyətlə digər növ koronavirusa qarşı dərmanların hazırlanması zamanı laboratoriyadan sızma oldu? Həmçinin ÜST-nin virusun yaranması ilə bağlı məlumatların gizlədilməsindəki rolunu öyrənməliyik”, - Komitə sədri vurğulayıb.

Araşdırmanın iştirakçılarından biri olan senator Rik Skott “Politico”ya açıqlamasında deyib: “Kommunist Çinə güvənə bilmərik. Üstəlik, ÜST-yə də etibar edə bilməyəcəyimizi öyrəndik. Çünki onlar bizə yalan danışdılar”.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}